Rus mediasından şok təxribat: Hatay Suriyadan "oğurlanıb"?

1-03-2020, 10:18           
Rus mediasından şok təxribat: Hatay Suriyadan "oğurlanıb"?
Son günlərdə Türkiyə ordusunun İdlibdə uğurlu hərbi əməliyyatı və rejimin böyük itkilər verməsi Rusiya mediasında heç də adekvat qarşılanmayıb.

Axar.az xəbər verir ki, Rusiyanın Sputnik agentliyi 80 il öncə Türkiyə torpaqlarına qatılan Hatay vilayəti ilə bağlı təxribat xarakterli məlumat paylaşıb.

“Oğurlanan şəhər: Suriyanın bir hissəsi, 80 il əvvəl Fransa tərəfindən niyə Türkiyəyə verildi?” başlıqlı yazıda Hatayın Suriya ərazisi olduğu iddia edilib.

Yazıda 1923-cü ildə imzalanan "Lozanna" müqaviləsi ilə Türkiyənin sərhədlərinin təyin edildiyi, Hatayın isə ani şəkildə Türkiyəyə birləşdirildiyi vurğulanıb.

Qeyd edək ki, Hatayın Türkiyəyə verilməsini tənqid edən yazı sosial şəbəkələrdə etirazla qarşılanıb. Bəzi sosial şəbəkə izləyiciləri Krımın Rusiya tərəfindən işğalını xatırladaraq sərt reaksiya veriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.