Qarabağda müharibə başlaya bilər - rusiyalı politoloq

2-03-2020, 11:29           
Qarabağda müharibə başlaya bilər - rusiyalı politoloq
Qarabağda müharibə başlaya bilər
Dağlıq Qarabağ münaqişəsi zonasında yenidən müharibə təhlükəsi var.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Fedor Lukyanov Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu münaqişə ilə müəyyən dərəcədə əlaqəli olan tərəflər (Rusiya və Türkiyə) Yaxın Şərqdə ciddi problemlərlə üzləşirlər.

“Aydın məsələdir ki, baş verən hər şey Qarabağ münaqişəsinə pis təsir edir və burada hərbi eskalasiyanı sürətləndirə bilər. Qarabağdakı müharibənin gözlənilməz nəticələri hamını qorxuya salır. Proseslər nəzarətdən çıxa bilər” deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru