Morales Nobel Sülh Mükafatına namizəd oldu

4-03-2020, 08:06           
Morales Nobel Sülh Mükafatına namizəd oldu
Boliviyanın keçmiş prezidenti Evo Morales 2020-ci ilin Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.

“Report” “TASS”a istinadən xəbər verir ki, belə bir təşəbbüslə 1980-ci ildə Nobel Sülh Mükafatına layiq görülən argentinalı ictimai xadim və hüquq müdafiəçisi Adolfo Perez Esqivel çıxış edib.

88 yaşlı argentinalı hüquq müdafiəçisi, qərarını Boliviyanın sabiq rəhbərinin ən yüksək dövlət vəzifəsində çalışdığı müddətdə yoxsulluğa, iqlim dəyişikliyinə qarşı mübarizə aparması və sülhün təmin edilməsinə yönəlmiş sosial proqramları uğurla icra etməsilə izah edib.

Qeyd edək ki, ötən ilin oktyabrın 20-də Boliviyada prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsi E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb. Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.

Bundan sonra Evo Morales rəsmən istefa verib və bir müddət sonra Meksikanın siyasi sığınacaq təklifini qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru