Trampla Makron Suriya və İran məsələsini müzakirə etdi

5-03-2020, 08:22           
Trampla Makron Suriya və İran məsələsini müzakirə etdi
ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Suriyanın şimal-qərbində yaranmış vəziyyəti, həmçinin İranın nüvə fəaliyyətini müzakirə ediblər.

"Liderlər G7-nin qarşıdakı sammitini, MAQATE-nin İran rejiminin nüvə fəaliyyətinin monitorinqi üzrə səylərini, həmçinin Suriya rejiminin ölkənin şimal-qərbində humanitar böhrana səbəb olan hücumlarını müzakirə ediblər", - deyə Ağ Evin yaydığı xəbərdə bildirilir.

Liderlər həmçinin koronavirusun yayılmasına əks təsir üçün birgə işləməyi razılaşdırıblar.

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron hələ ötən ilin noyabrında baş tutmuş telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıblar. Dövlət başçıları həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru