İsrail parlamentində ilk dəfə hicablı deputat peyda oldu... – Gözlənilməz-FOTOLAR
7-03-2020, 10:09

Martın 2-də İsraildə keçirilmiş parlament seçkilərinin nəticələrinə uyğun olaraq tarixdə ilk dəfə Knessetdə bir hicablı deputat meydana çıxacaq.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Seçkilər nəticəsində bir müsəlman siyasətçi, İslamyönlü ərəb partiyasının nümayəndəsi İman Xatib Yasin Knessetin tərkibinə daxil olub. Xatib qanunverici məclisə seçilən partiya üzvlərinin siyahısında 15-ci sırada yer alıb. Beləliklə, yeni Knessetdə 5 müsəlman qadın olacaq. İslamyönlü partiyalardan olan 4 deputatdan əlavə, Druz icmasından bir siyasətçi- Kahol-Lavan siyasi ittifaqından namizəd olan Qadir Mrix də İsrail parlamentində fəaliyyət göstərəcək.
Knessetə üzv seçilməsi ilə bağlı verdiyi açıqlamada xanım İman Xatib müxtəlif mənşələrdən olan insanların sülh və harmoniya içərisində yaşaya biləcəyinə inandığını qeyd edib.

55 yaşlı İman peşəcə sosial işçidir və eyni zamanda dörd uşaq: bir oğlan, üç qız tərbiyə edir.
Knessetə namizəd olmazdan əvvəl 14 il hazırda yaşadığı Aşağı Qalileyada yerləşən Yafa-en-Nasseriyada icma mərkəzinin rəhbəri olaraq çalışıb. Haifa Universitetində sosial işlər üzrə bakalavr və Təl-Əviv Universitetində qadın işləri üzrə magistr dərəcələri alıb.
İslam qaydalarına riayət edən bir müsəlman siyasətçi qadın olaraq İman Xatib çəkinmədən hicab da geyinir...