"İlqar Məmmədovu bir həftəlik rayona istirahətə aparın, narahatıq"- Bəxtiyar Hacıyevdən ReAL sədrinə tərs suallar

7-03-2020, 11:15           
"İlqar Məmmədovu bir həftəlik rayona istirahətə aparın, narahatıq"- Bəxtiyar Hacıyevdən ReAL sədrinə tərs suallar
İctimai fəal, deputatlığa eks namizəd Bəxtiyar Hacıyev ReAL Partiyasının sədri İlqar Məmmədov barədə status yazıb. Musavat.com xəbər verir ki, o, İ.Məmmədovun internet TV-lərdən birinə verdiyi müsahibədə partiya olaraq seçkidə qazandıqları uğur barədə dediyi fikirləri paylaşaraq, onları təhlil edib. B.Hacıyev bu paylaşımını "Bakıda dram -2" realiti şou başlığı ilə paylaşıb. Status aşağıdakı kimidir:

"1) Hörmətli REALçı dostlar, sədrinizi rayonlardan birində bir həftəlik istirahətə aparın. Narahatıq...

2) Yoldaş Məmmədov karyerasına Rus Dram Teatrından başlamış PA şöbə müdiri ilə görüşəndən sonra dramatik çıxış edir, uğur hekayəsi danışır.

3) Cəsarətli çıxış tonu ilə Əli Kərimliyə oxşamaq istəyir, nəticədə Trampa oxşayır.

4) Ciddiyə alıb, dediklərinə cavab vermək lazımdırsa, yoldaş Məmmədova deyin ki, parlamentdə qeydiyyata alınmış partiyalardan VHP-nin 3 deputatı oldu, Elşən Musayev (ADMP), Fazil Mustafa (BQP), Qüdrət Həsənquliyev (BAXCP), Tahir Kərimli (Vəhdət P), Asim Mollazadə (Demokratik İslahatlar Partiyası) və s. və ilaxır da təmsil olunur. Sədr səviyyəsində. REAL kimi qeydiyyata alınmayan partiyalardan isə Razi Nurullayevin AXCP-si də sədr səviyyəsində təmsil olunur. Bunu uğur sayır yoldaş Məmmədov?

5) Real sədri və neçə namizədini qeydiyyata almadılar, namizədlərinin çoxu 20 namizəd arasında 15-17-ci yer tutdu, ölkə üzrə cəmi 17-18 min arası səs aldılar, 10 namizədlik dairədə 10-cu yer tutan namizəd oldu, dairə üzrə cəmi 49 səs toplamış namizəd oldu, Erkin Qədirlinin səslərini ən azı 8 məntəqədə şişirdib, qarşısına rəqib çıxarmayıb, deputat elədilər, yoldaş Məmmədov bunu uğur sayır?

6) Hörmətli ReAL-çı dostlar, lütfən, sədrinizi rayonlardan birində bir həftəlik istirahətə aparın. Narahatıq..."

Musavat.com xatırladır ki, B.Hacıyevə hələlik Real Partiyasından hər hansı cavab gəlməyib.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru