Rusiya sülh anlaşmasından imtina etdi: “Türkiyəyə müdaxilə...” – Qorxunc durum

7-03-2020, 17:16           
Rusiya sülh anlaşmasından imtina etdi: “Türkiyəyə müdaxilə...” – Qorxunc durum
“Rusiya və Bəşər Əsədin İdlib gərginliyindən qələbə ilə çıxacağını düşünmürəm. Türkiyənin mövqeyi daha güclüdür”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O, Rusiyanı ABŞ-ın bütün sülh planlarından imtina etdiyini bildirib: “Türkiyə və Amerika artıq davamlı olmayan atəşkəsləri dəstəkləməyəcək. Atəşkəsin davamlı olması lazımdır. Kimsə müəyyən edilmiş xətləri pozmamalıdır”.

Ceyms Cefri İdlibin humanitar fəlakətlə üz-üzə qaldığını bildirib: “Bölgədə təhlükənin miqyasının genişlənməsindən danışırıq. Bu təhlükə regional yox, qlobal mahiyyət kəsb edir”.

Amerikalı diplomat Əsəd qüvvələrinin Rusiyanın dəstəyi ilə Azad Suriya Ordusunun nəzarətindəki əraziləri geri aldığını diqqətə çatdırıb:

“Amma Əsəd və rusların qələbə qazanacağını düşünmürəm, türklər geri çəkilməyəcək. Əks halda suriyalı qaçqınların sayı 7 milyona çatacaq ki, bunun yükünü kimsə götürə bilməz. Suriya sərhədlərində belə bir fəlakəti müşahidə etmişik. Bu səbəbdən də Türkiyə bu hücumun qarşısını almaq üçün bütün hərbi potensialından maksimum istifadə edəcək”.

Suriyada 34 türk hərbçisinin həlak olmasına gəlincə, Cefri bunun arxasında Rusiyanın dayandığını deyib.

Türkiyə və Rusiyanın üz-üzə gəlməsinin bölgədə qorxunc təhlükə yaradacağını bildirən diplomat qeyd edib: “Türkiyə bir NATO ölkəsidir. Bu ölkə isə indi Suriya ordusu, ruslar, Hizbullah və İran İnqilab Keşikçiləri Qvardiyası ilə üz-üzədir”.

Diplomat Türkiyəyə müdaxilə vəziyyətində NATO-nun prosesə qoşulacağını istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru