Neftin "gecə sürprizi"... - "Bu ilin orta qiyməti..."

9-03-2020, 13:40           
Neftin "gecə sürprizi"... -
Neftin "gecə sürprizi"... - "Bu ilin orta qiyməti..."
Tarix: Bu gün, 11:53 | Çap et
Neftin "gecə sürprizi"...
"OPEC və Rusiya 2016-cı ildə hasilatın azalması ilə bağlı razılaşmaya imza atanda mən mediaya müsahibə verdim. Dedim ki, bu anlaşma mənasızdır, ən çox udan ABŞ olacaq, çünki qiymətlər "slans klapanı"nı sonuna qədər açacaq. O zaman "Reuters" agentliyi də bu tezisə istinad edən xəbər yaymışdı. Dünən "Rossneft"in mətbuat katibi Mixail Liyontyev OPEC-lə anlaşmadan nədən imtina etdikləri haqqında açıqlama verib. Deyib ki, bu anlaşma ancaq ABŞ-ın "slans" istehsalçılarına kömək oldu, onları gücləndirdi. Nazir Novak da bənzər açıqlama verib".

Cebhe.info xəbər verir ki, bunu neftin kəskin ucuzlaşmasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, 4 il əvvəl, anlaşma imzalanan gün onun səsləndirdiyi tezis Rusiyaya sonra çatıb:

"Rusiya yaxın 2 ildə aşağı neft qiymətlərini gözə alıb və ABŞ istehsalçılarını bazardan çıxartmaq istəyirdi. Azərbaycanda ikirəqəmli inflyasiya olacaq, bu iqtisadi modellə problemləri operativ həll etmək olmaz. İlk olaraq, hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi, və ya Böhran Masası qurulmalıdır. O masada həqiqətlər deyilməli, ciddi müzakirələr olmalı, effektiv və işlək qərarlar verilməlidir. Nazirlər Kabineti verilmiş qərarları icra etməli, buna nəzarəti isə Böhran Masası sivil toplum və media ilə birlikdə həyata keçirməlidir. Vəziyyət çox gərgindir. Neft təbii ki, daim 30-35 dollar olmayacaq, oynamalar baş verəcək, amma bu ilin orta qiyməti 40 dollar civarında olacaq. Buna ölkə hazır olmalıdır. Təcili hazırlaşmaq lazımdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru