ABŞ Əfqanıstandan qoşunları çıxarmağa başlayıb

10-03-2020, 05:22           
ABŞ Əfqanıstandan qoşunları çıxarmağa başlayıb
Amerika Birləşmiş Ştatları Talibanla əvvəlcədən əldə edilmiş razılaşma çərçivəsində qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ qüvvələrinin Əfqanıstandakı rəsmi nümayəndəsi (USFOR-A) polkovnik Sonni Leqqettin açıqlamasında deyilir.

S.Leqqet qeyd edib ki, birgə ABŞ-Əfqanıstan bəyannaməsi və ABŞ və Taliban arasındakı razılaşmaya əsasən, USFOR-A komandanlığı konkret vəziyyəti nəzəeə alaraq, öz gücünü 135 gün ərzində 8.6 min [hərbi qulluqçuya] qədər azaltmağa başlayıb.

Polkovnik deyib ki, ABŞ-ın Əfqanıstandakı Silahlı Qüvvələr Komandanlığı "hədəflərini yerinə yetirmək üçün bütün zəruri tədbirləri görür, o cümlədən Xorasanda Əl-Qaidə və "Xorasanda İŞİD"-ə("İslam Dövləti" terror təşkilatının qolu olan bir qruplaşma) qarşı antiterror əməliyyatları keçirir, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru