Neftin qiyməti düşdü: Rusiya layihələri dayandıracaq?

10-03-2020, 09:00           
Neftin qiyməti düşdü: Rusiya layihələri dayandıracaq?
Resurslar və büdcədən stabil şəkildə istifadə bütün sosial öhdəlikləri, o cümlədən prezidentin təlimatlarını icra etməyə təminat verir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov neftin qiymətinin kəskin aşağı düşməsi fonunda verdiyi açıqlamasında deyib.

Nazir bildirib ki, büdcənin sabit icrası həmçinin milli layihələrin həyata keçirilməsinə, makroiqtisadiyyatı qorumağa və maliyyə sabitliyini təmin etməyə yetərlidir.

Qeyd edək ki, ötən gün dünya birjalarında neft qiyməti kəskin ucuzlaşıb. Bunun ardınca dollar bahalaşıb və 75 rubla qalxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru