Neft ucuzlaşır, Bakıda hamı dollar axtarır – TÜRKİYƏ İSƏ 8 MİLYARD DOLLAR QAZANC EDİR

10-03-2020, 09:36           
Neft ucuzlaşır, Bakıda hamı dollar axtarır –
Koronovirus dünya iqtisadiyyatını bir-birinə vurub. Artıq ABŞ birjaları sürətli ucuzlaşma səbəbindən səhm satışlarını dayandırmaq qərarına gəlib. Neft bazarında isə durum daha acınacaqlıdır. Rusiya ilə OPEK ölkələrinin anlaşma əldə edə bilməmələri, “qara qızıl”ın 64 dollardan 31 dollara düşməsinə gətirib çıxarıb. JAMAZ.İNFO bildirir ki, hazırda baş verənlər koronovirusun daha çox ölkəyə yayılması ilə bağlıdır. Eyni zamanda, virusun yaratdığı panika dünya iqtisadiyyatında da ciddi zərər vurmaqdadır. Hətta əksər aparıcı ölkələrin nümayəndələri bəyan edirlər ki, bu il dünya iqtisadiyyatında artım tempi xeyli aşağı düşəcək.

Bakıda hamı dollar axtarır

Bu əsnada, neftin ucuzlaşması Azərbaycan üçün də yaxşı heç nə vəd etmir. Ölkə iqtisadiyyatının böyük hissəsi neftdən asılı olan ölkəmizdə devalivasiyanın baş verəcəyi, yaxın vaxtlarda manatın dəyərdən düşəcəyi xəbərləri artıq gündəmi tutub. 2015-ci ilin fevral və dekabr aylarında baş vermiş iki devalivasiyanın baş verməsindən dolayı əhali narahatlıq içindədir. Elə bu səbəbdəndir ki, dünəndən etibarən manat ehtiyatı olan şəxslər banklara axışaraq, dollar almağa başlayıblar. Artıq banklarda növbələrin yaranmasına dair fotoşəkillər sosial şəbəkələrdə belə yayımlanmaqdadır.

Rubl ucuzlaşır, ruslarsa nikbindir

Onu da qeyd edək ki, dünyaca məşhur analitik mərkəzlər neftin daha da ucuzlaşacağını bildirirlər. Hətta bir barrel üçün rəqəmin 20 dollar ola biləcəyini proqnozlaşdırırlar. Bundan əlavə, Rusiyada durum daha ciddi şəkil almağa başlayıb. Artıq rubl öz dəyərini itirərərk, dollar qarşısında 13 punk geriləyib. Hazırda bir dollar 75 rubla bərabərdir. Kkreml hökuməti bütün bunlara baxmayaraq, 4 il dözə biləcəklərini, valyuta ehtiyatlarının buna imkan verdiyini bəyan edirlər. Bunun mümkün olub, olmayacağını zaman göstərəcək. Lakin bizə maraqlı olan odur ki, Azərbaycan Rusiya zonasına daxildir və bu səbəbdən də şimal qonşumuzda baş verənlər zaman içində manata və yerli iqtisadiyyata təzyiqlərini daha ada artıracaq. Yəni, manat rubl ucuzlaşdıqca, devalivasiyaya daha çox meyillənmək məcburiyyətində qalacaq.

Türkiyə 8 milyard dollar qazanca edə bilər

Amma bütün bunlara baxmayaraq, ortada Türkiyə daha çox qazanan tərəf kimi çıxış etməyə başlayıb. Belə ki, neftin ucuzlaşması, koronovirusun daha çox yayılması qısa müddətdə Ankaraya 7 milyard dollar gəlir gətirib. Rəsmi məlumatlara görə, Çindən mütəmadi olaraq mal və məhsul alan ölkələr artıq Türkiyəyə üz tutublar.

Lakin proses bununla da yekunlaşmır. Neftin ucuzlaşması qardaş ölkədə benzinin ucuzlaşması ilə yanaşı, il boyu xərclədiyi vəsaitin də yarıbayarı azalmasına gətirib çıxarmaqdadır. JAMAZ.İNFO xəbər verir ki, Enerji, Neft-Qaz Ehtiyat Stansiyaları Təşkilatının (EPGİS) rəhbəri Fesih Aktaş bəyan edib ki, dünəndən etibarən benzinin qiymətini 78 kuruş aşağı salıblar. Yaxın günlərdə isə bu rəqəm 82 kuruşa qədər çatacaq. Onun sözlərinə görə, əgər neftin qiyməti 32-35 dollar civarında qalarsa, bu hər il yanacağa 19 milyard dollar pul xərcləyən Türkiyənin xərclərinin yarı şəkildə azalacağı deməkdir.

Enerji İqtisadiyyatı Dərnəyinin başqanı Gürkan Kumbaroğlu isə məsələnin detallarını açıqlayıb. O bildirib ki, 2019-cu ildə Türkiyə 263 milyon barrel neft alıb vunun üçün bir barrelə 64.37 dollar pul xərcləyib. “Türkiyə ötən il neftə 17 milyard dollar pul xərcləməli olub. Əgər rəqəmlər indiki kimi qalarsa, bu il ölkəmiz neft və neft məhsullarına 8 milyard dollar qənaət edəcək. Yəni, bu il biz 9 milyard dollar xərcləməli olacağıq. Yerdə qalan 8 milyard dolları isə mikroiqtisadi layihələrə xərcləməklə Türkiyə öz iqtisadi imkanlarını daha da genişləndirə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.