Arif Hacılı feministlərin aksiyasını dəstəklədi

10-03-2020, 09:47           
Arif Hacılı feministlərin aksiyasını dəstəklədi
Müsavat Partiyasının başqanı Arif Hacılı feministlərin martın 8-də keçirdiyi aksiyanı dəstəkləyib.
“Yeni Sabah” xəbər verir ki, partiya rəhbəri sosial şəbəkədə bunu ifadə edən status paylaşıb. O, yazıb:

“Demokratik qüvvələrin elə aksiyaları olub ki, orada kimsə İŞİD bayrağı qaldırıb.

İndi 8 mart aksiyasının mahiyyətini kənara qoyub bir-iki şüarı diqqət mərkəzinə gətirmək nə üçündür?

Mahiyyət isə məlumdur. Azərbaycan qadını şiddətə son qoyulması, hüquq bərabərliyi, siyasi azadlıqlar, azad seçki istəyir.

Bu azadlıqlar uğrunda fədakar mübarizəyə hazır olduğunu bəyan edir”.

A. Hacılının bu fikirləri bir sıra sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Hətta onların bəziləri təhqirdən istifadə etməkdən çəkinməyib. Bununla bərabər A. Hacılının fikirlərini müdafiə edənlər də var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.