Almaniyadan Yaxın Şərqlə bağlı qərar: "Tornado"lar çıxarılır...

12-03-2020, 09:14           
Almaniyadan Yaxın Şərqlə bağlı qərar: "Tornado"lar çıxarılır...
Almaniya İordaniyada yerləşdirdiyi “Tornado” kəşfiyyat təyyarələrini geri çəkərək İraqın qərbində havadan müdafiə üçün yeni sistem yaradır.

Axar.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilib ki, yanacaq təminatını həyata keçirən təyyarələrin xidmət müddəti isə 31 marta qədər uzadılacaq.

Bundan əlavə, “Tornado”ların çıxarılması üçün kəşfiyyat uçuşlarını başqa bir ölkənin öz üzərinə götürməsi lazımdır. İlkin məlumata görə, İtaliya regionda belə bir uçuşlara başlamaq niyyətindədir.

Havadan müdafiə üçün radarların isə İraqın Eyn əl-Əsəd bazasında quraşdırılması planlaşdırırlır.

Bununla da koalisiyanın indiyə kimi radar nəzarəti ilə bağlı buraxdığı boşluğun doldurulması gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.