“Bloomberg” İndoneziyanın Rusiya qırıcılarından imtina etdiyini açıqlayıb

13-03-2020, 07:05           
“Bloomberg” İndoneziyanın Rusiya qırıcılarından imtina etdiyini açıqlayıb
Donald Tramp Administrasiyası İndoneziyanı “Su-35” qırıcılarının alınmasını nəzərdə tutan Rusiya ilə sazişdən imtina etməyə məcbur edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" məlumat yayıb.

Sövdələşmənin 1 milyard dollardan çox olduğu bildirilib.

Bundan əlavə, Rəsmi Cakartanın 200 milyon dollarlıq dəniz patrul qayığını almaqdan imtina etdiyi də vurğulanıb.

Agentliyin məlumatına görə, ABŞ İndoneziyaya müqavilənin həyata keçiriləcəyi təqdirdə mümkün sanksiyalar barədə məlumat verib.

Dövlət Departamenti bu məlumatı şərh etməkdən imtina edib, lakin amerikalı diplomatlar Vaşinqtonun müttəfiqlərini Rusiya ilə hərbi-texniki əməkdaşlığı tərk etməyə çağırdığını xatırladır. Əks təqdirdə ABŞ CAATSA (Rusiya ilə qarşılıqlı əlaqədə olan üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqinə icazə verən qanun) tətbiq edə bilər.

Xatırladaq ki, 2018-ci ildə Rusiya və İndoneziya arasında bağlanmış müqavilə 11 döyüş qırıcısının tədarükünü nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru