ABŞ bir sıra tibbi təyinatlı Çin mallarını rüsumdan azad edib

14-03-2020, 08:12           
ABŞ bir sıra tibbi təyinatlı Çin mallarını rüsumdan azad edib
ABŞ hökuməti koronavirusun yayılması ilə əlaqədar Çindən idxal olunan bir sıra tibbi təyinatlı mallara tətbiq edilən rüsumları ləğv edib.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti ABŞ Ticarət Nümayəndəliyinin əməkdaşına istinadən məlumat yayıb.

“ABŞ Ticarət Nümayəndəliyi koronavirusla əlaqədar Çindən idxal olunan onlarla tibbi təyinatlı predmetlərə tətbiq olunan rüsumların götürülməsi ilə bağlı müraciətlərə müsbət cavab verib”, - məlumatda belə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru