Polşa Rusiyanı “dağıtdı” və 30 müstəqil dövlətə "böldü": “Bu ölkə əfsanəyə çevriləcək!”
14-03-2020, 18:55

Bu günlərdə Polşadakı təhlil mərkəzlərindən biri Rusiyanın yaxın gələcəkdə dağılacağı ilə bağlı proqnoz yayıb.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, hüquqşünas Kazimir Fritskeviçin müəllifi olduğu təhlildə Rusiyanın 2025-ci ilə qədər dağılcağı qeyd edilib. “Rusiyanın xəritəsi – 2025” adlı məqalədə 2025-ci ilə qədər Rusiya ərazisində 30-a qədər “müstəqil respublika”nın yaradılacağı ilə bağlı iddialar yer alıb. Bəzi sərhəd ərazilərinin Finlandiya, Yaponiya və Çin tərəfindən ələ keçiriləcəyi də irəli sürülən iddialar sırasındadır.
Göründüyü kimi, polşalı mütəxəssislər yaxın 5 ildə Rusiyanın dünyanın siaysi xəritəsindən silinəcəyinə və onun əfsanəyə çevriləcəyinə inanır.
Polşa təhlil mərkəzinin məlum proqnozu Rusiyada növbəti təxribat cəhdi kimi qiymətləndirilib. Polşa tərəfinin proqnozunun sadəcə fərziyyələrə əsaslandığını bildirən Rusiya, Ukrayna tərəfinin də tez-tez bu cür proqnozlar səsləndirdiyini, bununla əslində özlərinin arzu və istəklərini dilə gətirdiklərini bildirib. Rusiyanın siyasi şərhçiləri hesab edir ki, Polşa və Ukrayna tərəfindən verilən bu proqnozlar sadəcə informasiya müharibəsinin təzahürləri deyil, həm də geosiyasi xəyallardır və reallaşması üçün heç bir zəmin yoxdur.