Baş nazirin müavini marketlərdəki vəziyyətə görə MÜRACİƏT ETDİ— VİDEO

15-03-2020, 12:07           
Baş nazirin müavini marketlərdəki vəziyyətə görə MÜRACİƏT ETDİ— VİDEO
"Azərbaycan hökuməti məhsul idxalını tam təmin edib".


Demokrat.az xəbər verir ki, bunu AzTV-nin “Hədəf” verilişində Baş nazirin müavini Şahin Mustafayev deyib.


O, bildirib ki, Azərbaycanda ərzaqla bağlı ajiotaja əsas yoxdur:
"Bizdə olan məlumata görə, bu günlərdə marketlərdə ərzaqla bağlı ajiotaj yaranıb. Buradan bəyan edirəm ki, tədbirlər görülüb, yüklərin daşınması əvvəlki dövrlərə nisbətən azalmayıb, əksinə 30-40 faiz artıb.


Eyni zamanda tranzitlə gedənlərdə də bu qədər artım var. Ona görə də əhaliyə müraciət edirəm ki, təlaşa düşməsinlər. Çünki, mart ayının əvvəlindən Azərbaycana idxal olunan ərzaq məhsullarının həcmi artıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru