FED baza faiz dərəcəsini ciddi şəkildə endirib

16-03-2020, 05:11           
FED baza faiz dərəcəsini ciddi şəkildə endirib
ABŞ-ın Mərkəzi Bankı səlahiyyətlərini icra edən Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizə üçün baza faiz dərəcəsini, demək olar ki, sıfıra endirib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitənin yaydığı açıqlamada bildirilir.

"Koronavirusun fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək və bu, iqtisadi perspektivlər üçün təhlükə yaradır. Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirmək qərarına gəlib", - deyə açıqlamada qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru