İsveç koronavirusla mübarizədən imtina etdi

17-03-2020, 08:36           
İsveç koronavirusla mübarizədən imtina etdi
İsveç Krallığı, sərhədlərini hələ bağlamayan bir neçə ölkədən biridir, burada bütün təhsil müəssisələri, kafe, restoran və idman salonları fəaliyyətini davam etdirir.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hökumət təhlükəli virusun yayılmasına qarşı heç bir təcili tədbir görmür.

Baş nazir Stefan Löfven deyib ki, ölkəyə girənlər üçün sərhəd keçid prosedurunu uzadacaq hansısa nəzarət növü tətbiq ediləcək. İsveç Xalq Sağlamlığı Təşkilatı bir neçə gün əvvəl xüsusilə Covid-19-un ağır simptomları olan insanların, xəstəxanadakı xəstələrin, tibb işçilərinin və yüksək riskli yaşlı insanların koronovirus testindən keçirilməsinə dair tövsiyələr verib.

İsveç alimləri, digər ölkələrdəki həmkarlarının fikirlərinə zidd olaraq, koronavirusun ... təhlükəsiz olduğunu iddia edirlər. Bunu da onunla əsaslandırırlar ki, yoluxmuşlar arasında ölüm nisbəti yalnız 2 faizdir.

Qeyd edək ki, İsveçdə xəstələnənlərin sayı 1000-ni keçib. Üç nəfər ölüb, biri sağalıb, üçü isə ağır vəziyyətdədir. Son vaxtlar infeksiyaya yoluxanların çox olması barədə fakt qeydə alınmayıb. Hazırda orada bütün biznes sahələri əvvəlki kimi fəaliyyətini davam etdirir, sanki heç nə olmayıb...

İsveç səlahiyyətlilərinin bu işdə haqlı olub-olmadığını zaman göstərəcək. Söhbət milyonlarla insanın həyatından və sağlamlığından gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.