TƏCİLİ: Mübariz Mənsimovdan XƏBƏR VAR

23-03-2020, 19:43           
TƏCİLİ: Mübariz Mənsimovdan XƏBƏR VAR
Türkiyədə həbs olunan azərbaycan əsilli iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdan xəbər var.

Publika.az xəbər verir ki, milyarderin səhhətinin həbsxanada pisləşdiyi bildirilir.

Bu barədə "Palmali" Şirkətlər Qrupunun nümayəndəsi Fidan Quliyeva sosial media hesabında məlumat paylaşıb: "Bu dəqiqə aldığımız məlumata görə, Mübariz Mənsimovun səhhəti kəskin dərəcədə ağırlaşıb. Həkimlər qanqidalandıcı sistem qoşmaq istəsə də, Mənsimov bundan imtina edib".

Qeyd edək ki, M.Mənsimov FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilir. O, həbs olunmazdan bir müddət əvvəl - fevralın sonunda cərrahi əməliyyat olunmuşdu. Həbsxanada isə aclıq elan etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru