Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO

25-03-2020, 00:00           
Moskvada Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat - FOTO
Rusiyanın paytaxtı Moskva şəhərində Ümumrusiya Dekorativ, Tətbiqi və Xalq Sənəti Muzeyində keçirilən “İmperiya və Qafqaz. Silahlar, avadanlıqlar, hərbi ənənələr. XIX - XX əsrin başlanğıcı" adlı sərgidə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, sərgidə nümayiş olunan eksponatların birində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib.



Qeyd edək ki, 2020-ci il fevralın 5-dən başlayan sərgidə A.V. Kosarevin şəxsi kolleksiyasında olan Azərbaycan xəncərləri nümayiş olunur.

Mövcud təxribat haqqında məlumatlı olduqlarını “Report”a bildirən “Moskva Azərbaycan cəmiyyəti”nin sədri Şamil Tağıyev qeyd edib ki, bununla bağlı qanun çərçivəsində bütün lazımi addımlar atılacaq.

Sərgidə 600-dən çox tarixi eksponat nümayiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru