"Adamlar elmi dildə səslənən virusdan qorxmurlar, bir kəlmə deyilsə ki, çölə çıxanı cin vuracaq..."

25-03-2020, 08:33           
"Adamlar elmi dildə səslənən virusdan qorxmurlar, bir kəlmə deyilsə ki, çölə çıxanı cin vuracaq..."
Dostumuz Etibar Əliyev yazmış ki, falçı Zirəddinin koronavirusun bitəcəyi vaxtı proqnozlaşdırması haqqındakı statusunu 2500 azərbaycanlı bəyənib, onun cintellektual mülkiyyətini 625 azərbaycanlı paylaşıb. Reytinqli saytların birində Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının professoru, tibb elmləri doktoru Nuran Abdullayevin dünyanı cənginə alan COVİD 19 – koronavirusla bağlı dəyərli fikirlərinə isə sadəcə 76 nəfər azərbaycanlı kənardan baxıb. Çox dəqiq və real mənzərəmizi göstərən rəqəmlərdir.

Televiziyalara hər nə qədər alim, mütəxəssis, həkim, ictimai xadim çıxarırsınız çıxarın, Zirəddini bəyənən və paylaşan 2500 üstəgəl 625 çoxluğu evə yığışmayacaq. Sonda o qərara gələcəyik ki, televiziyaya falçıları, cindarları, ekstrasensləri çıxarmaqdan başqa yol qalmayıb.

Adamlar elmi dildə səslənən virusdan qorxmurlar, bir kəlmə deyilsə ki, çölə çıxanı cin vuracaq, küçədə bir adam görməyəcəksiniz. Cintellektualları intellektuallardan daha tez eşidən bir çoxluğun iradəsini nəzərə almasaq, nəsihətlərin hamısı boşa gedəcək...

Fazil Mustafa, Millət vəkili












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru