Trampın bir kəlməsi cəmi üç günə dərman firmalarını fantastik dərəcədə varlandırdı

25-03-2020, 08:38           
Trampın bir kəlməsi cəmi üç günə dərman firmalarını fantastik dərəcədə varlandırdı
Tələbatı üç min dəfə artıran “sehirli” iki kəlmə
ABŞ prezidenti Donald Trampın üç gün bundan öncə adını çəkdiyi iki dərman bu ölkədəki dərman firmalarına fantastik dərəcədə qazanc gətirib.

Moderator.az-ın xarici mediaya verdiyi məlumata görə, xlorokin və hidroksiklorokin dərmanlarından birgə istifadənin koronavirusun müalicəsində faydalı olacağını bildirən Trampın bu açıqlaması, adıçəkilən dərmanlara tələbatı kəskin surətdə artırıb. Belə ki, bu açıqlamadan dərhal sonra ABŞ-da vətəndaşların apteklərə kütləvi axını başlayıb. Nəticədə, xlorokin sifarişlərinin sayı 3000 dəfə, hidroksiklorokin üçün sifarişlərin sayı isə 260 dəfə artıb. Bu isə hər iki dərmanın satışının fantastik şəkildə artmasına, nəticədə dərman firmalarının gəlirlərinin qısa zamanda kəskin surətdə artmasına səbəb olub.

Məlumat üçün qeyd edək ki, Trampın sözügedən dərmanlarla bağlı verdiyi açıqlama bu dərmanların satışını artırsa da, adıçəkilən dərmanların faydası ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bu iddialardan biri də həmin dərmanların bəzi şəxslərdə zəhərlənmələrə səbəb olması, koronavirusun müalicəsində fayda verməməsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru