Tramp G20 sammitində iştirak edəcək

26-03-2020, 08:47           
Tramp G20 sammitində iştirak edəcək
ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizəyə həsr olunmuş G20 sammitində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidlinin yaydığı açıqlamada bildirilir.

“Tramp koronavirus pandemiyasına qarşı beynəlxalq reaksiyaların koordinasiya edilməsi üçün davam edən səylərin bir hissəsi olaraq sabah (cümə axşamı) G20 liderləri ilə videokonfransda iştirak edəcək”, - açıqlamada belə deyilir.

G20 sammiti videokonfrans formatında keçiriləcək. Bu müddətdə koronavirusun yayılması və pandemiyanın iqtisadi nəticələrinə qarşı mübarizə üçün koordinasiya məsələləri müzakirə ediləcək. Sammitə Səudiyyə Ərəbistanı sədrlik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru