Pompeo İrandan FTB agentini tələb etdi: Məlumat ver!

27-03-2020, 09:01           
Pompeo İrandan FTB agentini tələb etdi: Məlumat ver!
ABŞ Dövlət katibi Mayk Pompeo Tehrandan amerikalı Robert Levinsonun taleyi barədə məlumat verməyi tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Pompeonun yaydığı xüsusi bəyanatda bildirilib.

“Dünən Robert Levinsonun ailəsi bütün dünyaya cəsarətlə Bobun İran həbsxanasında ölməsi barədə kədərli məlumat verdi. Yəqin ki, yalnız İran Bobun 13 il əvvəl tutulmasından bu yana başına nə gəldiyini bilir. Biz İran rejimini Bobun taleyi barədə tam hesabat təqdim etməyə çağırırıq. İranda ədalətsiz şəkildə saxlanılan bütün amerikalılar evlərinə dönənə qədər sakitləşməyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Levinson Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşıdır. O, 2007-ci ildə İrana səfəri zamanı yoxa çıxıb. Sonralar mətbuatda Levinsonun İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə çalışdığı haqqında məlumatlar yayımlanıb. ABŞ isə Levinsonun MKİ-yə işlədiyi barədə bütün məlumatları təkzib edib.

İran hakimiyyəti dəfələrlə Levinsonu saxlamadığını və onun itməsində heç bir günahının olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru