Kolumbiyada təqaüddə olan venesuelalı general tutuldu

28-03-2020, 08:05           
Kolumbiyada təqaüddə olan venesuelalı general tutuldu
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları, ABŞ polisi tərəfindən narkotik ticarəti və terrorizmlə əlaqəli ittiham olunaraq axtarışa verilən təqaüddə olan Venesuela Silahlı Qüvvələrinin general-mayoru Kliver Antonio Alkal Kordonesi Kolumbiyada saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, liman şəhəri olan Barankillada yaşayan Kordones agentlərə könüllü olaraq təslim olub, məhkəməyə müraciət edərək ABŞ-a ekstradisiyasıni istəyib və istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Təqaüdçü generalla olan amerikalılar cümə günü gecə Barankilldan ABŞ-a uçacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru