Fitch Böyük Britaniyanın kredit reytinqini 'AA-' səviyyəsinə endirib

28-03-2020, 19:24           
Fitch Böyük Britaniyanın kredit reytinqini 'AA-' səviyyəsinə endirib
"Fitch Ratings" beynəlxalq agentliyi Böyük Britaniyanın uzunmüddətli emitentin defolt reytinqini 'AA-' səviyyəsinə endirib və reytinq üzrə proqnozu mənfi olaraq təsdiqləyib.

Fins.az reytinq agentliyinə istinadən verdiyi məlumata görə, kredit reytinqinin aşağı salınması dövlət maliyyə resurslarının ölkədə yayılmaqda olan koronavirusla mübarizə ölçülərinə xərcləndiyi üçün əhəmiyyətli dərəcədə zəifləməsini əks etdirir. Bundan əlavə, reytinqdə düşüş “Brexit”dən sonra Böyük Britaniyan və Avropa İttifaqı arasında olan ticarət əlaqələrinin uzun sürən qeyri-müəyyənliyi də əks etdirir.

Qeyd edək ki, "Fitch Ratings"in proqznolarına görə, bu il ölkə iqtisadiyyatı 4% kiçilə bilər, amma 2021-ci il üçün proqnoz daha urəkaçandır və 3% böyümə vəd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru