Tramp 200 min insanın virusdan ölümünü yaxşı “ssenari” adlandırdı

30-03-2020, 04:11           
Tramp 200 min insanın virusdan ölümünü yaxşı “ssenari” adlandırdı
“ABŞ hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görməsəydi, iki milyondan çox amerikalı öləcəkdi. Buna görə də COVID-19-dan 100 mindən 200 min nəfərə qədər insanın ölümü yaxşı nəticədir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri iki həftə ərzində ABŞ-da koronavirusdan ölüm səviyyəsinin artacağını da istisna etməyib.

O, həmçinin koronavirusun yayılmasına qarşı tədbirlərin aprelin 30-dək uzadılması barədə müvafiq göstəriş verdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru