NATO Rusiya ilə dialoqun davam etdirilməsini istəyir

2-12-2020, 05:46           
NATO Rusiya ilə dialoqun davam etdirilməsini istəyir
NATO Xarici İşlər Nazirləri bu il keçirilən son videokonfransda ittifaqla Rusiya arasında dialoqun davam etdirilməsinin zəruriliyini təsdiq ediblər.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq bildirib ki, NATO ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsinin uzadılması ilə bağlı dialoqunu alqışlayır.

Baş katib, NATO ekspert qrupunun ittifaqın islahatı ilə bağlı təklifləri özündə ehtiva edən “NATO 2030” hesabatının hazırlanmasının başa çatdırdığını, bu sənədin NATO Xarici İşlər Nazirlərinin videokonfrans formatında keçirilən iclasında təqdim olunduğunu, yenidən işlənmiş versiyasının 2021-ci ildə alyansın zirvə toplantısında müzakirə ediləcəyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru