Pentaqon rəhbəri: ABŞ Çin ilə münaqişədə Yaponiyanı dəstəkləməyə hazırdır

24-01-2021, 10:38           
Pentaqon rəhbəri: ABŞ Çin ilə münaqişədə Yaponiyanı dəstəkləməyə hazırdır
Pentaqonun yeni rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Nobuo Kisi arasında telefon danışığı olub.

“RİA Novosti”nin verdiyi məlumata görə, L. Ostin yaponiyalı həmkarına ABŞ-ın Çinin iddia etdiyi Senkaku adasını qoruyacağını vəd edib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı müqavilənin 5-ci bəndi Senkaku adasının da əhatə edir və Vaşinqton Şərqi Çin dənizində statsu-kvonun dəyişdirilməsinə yönələn istənilən cəhdə qarşıdır.

Qeyd edək ki, Yaponiyanın “Senkaku”, Çinin “Dyaoyuydao” adlandırdıqları ada iki ölkə arasında mübahisə mövzusudur. Yaponiya 1985-ci ildən adanın ona məxsus olduğunu, Çin isə 1783 və 1785-ci ildəki Yaponiya xəritələrində adanın Çin ərazisi kimi göstərildiyini bildirir. İkinci Dünya Müharibəsindən sonra ada ABŞ-ın nəzarətində olub, 1972-ci ilə Yaponiyaya təhvil verilib. Ancaq Çin və Tayvan hesab edirlər ki, Yaponiya adaya qanunsuz nəzarət edir.

Ərazi mübahisəsi 2012-ci ildə Tokionun arxipelaqın beş adasından üçünü yapon sahibindən almasından və bununla onların dövlət statusunu vurğulamasından sonra daha da kəskinləşib...virtualaz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.