Tramp fikrindən vaz keçdi: Təzyiq, yoxsa?

25-01-2021, 11:04           
Tramp fikrindən vaz keçdi: Təzyiq, yoxsa?
ABŞ-ın sabiq prezidenti Donald Tramp yeni partiya yaratmaq fikirindən vaz keçib.

Cebhe.info xəbər verir k, bu barədə “Fox News" telekanalı məlumat yayıb.

Trampın seçki qərargahının müşaviri Ceyson Müller xəbəri təsdiqləyib: "O, açıq şəkildə bildirdi ki, bütün qüvvəsini respublikaçıların gücünün artırılmasına yönləndirəcək. Söhbət Nümayəndələr Palatasına və 2022-ci ildə Senata seçkilərdən gedir".

Müller qeyd edib ki, bundan başqa hələlik heç nə planlaşdırılmır.

“New York Times” qəzeti isə yazır ki, Trampı fikrindən vaz keçirənlər olub.

Xatrladaq ki, Trampın Vətənpərvərlər Partiyası yaradacağına dair fikirlər dolaşırdı. Partiyaya onun qızı İvanka Trampın rəhbərlik edəcəyi gözlənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru