“Sanksiya qərarı sürpriz deyil, bizim reaksiyamız da olacaq” – Moskvanın Avropa İttifaqının sanksiya qərarına münasibəti

2-03-2021, 10:10           
“Sanksiya qərarı sürpriz deyil, bizim reaksiyamız da olacaq” –
“Moskva Avropa İttifaqının yeni fərdi sanksiyalarına qarşılıqlı reaksiya verəcək”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə deyib.

“Bizim tərəfdən reaksiya olacaq”-deyə Qruşko vurğulayıb.

O qeyd edib ki, Avropa İttifaqının sanksiya qərarı Moskva üçün sürpriz olmayıb. “Belə fəaliyyət ikitərəfli münasibətlərə dağıdıcı təsir göstərir. Avropa Birliyi tamamilə doöru olmayan yolla getməkdə davam edir. Bu ikitərəfli münasibətləri dağıdan dalandır. Heç bir halda Avropa ölkələrinin maraqlarına cavab vermir”-deyə Qruşko vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyalı müxalifətçi bloqer Aleksey Navalnının həbsi ilə bağlı Moskvanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq edilib.

Sanksiya altına düşəcək şəxslərin adları martın 2-də açıqlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.