Dövlət katibi: “ABŞ demokratiya naminə daha başqa ölkələrdə rejimləri devirməyəcək...”

4-03-2021, 09:51           
Dövlət katibi: “ABŞ demokratiya naminə daha başqa ölkələrdə rejimləri devirməyəcək...”
ABŞ başqa ölkələrdə rejimləri devirməklə və hərbi intervensiya həyata keçirməklə demokratiyanı zorla yeritməkdən əl çəkir.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla dövlət katibi Entoni Blinken Vaşinqtonda xarici siyasət məsələlərinə həsr edilmiş görüşdə çıxış edib. Onun bəyanatından “Financial Times” sitat gətirir.

“Biz demokratiyanı bahalı hərbi intervensiyalar və ya avtoritar rejimləri güc yolu ilə devirməklə yaymayacağıq. Keçmişdə bu taktikadan istifadə etməyə cəhd etdik. Lakin xoş niyyətə baxmayaraq bu işə yaramadı”,-Blinken bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden Donald Trampdan fərqli olaraq ölkəsinin qlobal rolunu yenidən gücləndirməyə yönəlmiş xarici siyasət aparacağını elan edib. Bura dünyada insan haqları və demokratiyanın müdafiəsini gücləndirmək də daxildir. Amma ABŞ “qlobal polis” rolunu oynamaqdan və başqa ölkələrin işlərinə birbaşa qarışmaqdan çəkinəcək.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.