Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı AÇIQLAMA

4-03-2021, 10:09           
Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı AÇIQLAMA
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti hazıtrda 27 nəzarət nöqtəsində vəziyyəti gecə-gündüz izləyir.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağla bağlı son açıqlamasında bildirilib.
Qeyd edilir ki, atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur.

“Rusiya sülhməramlıları mülki şəxslərin (ermənilər nəzərdə tutulur-red.) daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər”,-deyə açıqlamada qeyd edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında mühəndis-istehkamçı qrupların Qarabağ ərazilərinin minalardan təmizlənməsinə davam eurtdiyi də vurğulanır. Təkcə dünən 10 hektar ərazi, 5 km yol, 14 yaşayış binası təmizlənib, 51 partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlıları 23 Noyabr 2020-ci il tarixindən bəri 1558 hektar torpaq sahəsini, 489 km yolu, 1538 yaşayış binasını, o cümlədən 30 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib, 25 045 partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Sülhməramlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki iki humanitar əməliyyatının təhlükəsizliyini də təmin ediblər.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”,-açıqlamada deyilir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.