Qarabağda savaş suçlarının araşdırılması komissiyası yaradıldı- Dünyanın 33 ölkəsindən üzvləri var..

29-04-2021, 15:49           
· Qarabağda savaş suçlarının araşdırılması komissiyası yaradıldı- Dünyanın 33 ölkəsindən üzvləri var..
İş budur, fəaliyyət budur.
Qarabağda savaş suçlarının araşdırılması komissiyası yaradıldı. Bu komissiyada Azərbaycan və Türkiyədən başqa ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə, Belçika, İspaniya, Portuqaliya, Ukrayna, Maldivlər, Misir, Sloveniya, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, İran, İraq, Fələstin, Əlcəzair, Fars, Tunis, Sudan, Kamerun, Fil Dişi sahili, Nigeriya kimi ölkələrdən təmsilçilər var.
Teref.az uyazır ki, bunu hərbi ekspert, ehtiyatda olan zabit Ədalət Verdiyev yazır.
Daha sonra Ədalət bəy yazır, komissiya Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin genel başqanı, professor doktor Bayram Altan tərəfindən quruldu. Artıq komissiya üzvlərinin sayı 110-u keçib. Komissiyanın tərkibində 33 ölkədən sabiq baş nazirlər, sabiq nazirlər, yüksək məhkəmə başqanları, indiki sabiq səfirlər, alimlər, hüquq müdafiəçiləri, hərbi ekspertlər, tarixçilər, sənətçilər, psixoloqlar, savah müxbirləri, nüfuzlu media kapitanları, Türkiyə prezidentinin baş danışmanları, çox sayda universitet rektorlarından ibarət bir güclü heyət formalaşıb.
Komissiya üzvlərindən biri də Azərbaycanda yeddidən yetmişə hər kəsin tanıdığı və sevdiyi Hulusi Kılıçdır.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.