ABŞ dövlət katibi “Mossad”ın rəhbəri ilə görüşüb

30-04-2021, 06:52           
ABŞ dövlət katibi “Mossad”ın rəhbəri ilə görüşüb
ABŞ dövlət katibi Entoni Blinken İsrailin “Mossad” kəşfiyyat qurumunun rəhbəri Yosef Meir Kohen ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı İsrail tərəfi İranın nüvə fəaliyyətlərindən dərin narahatlığını dilə gətirib.

Bildirilib ki, Vaşinqtonda keçirilən görüşdə İsrailin ABŞ-dakı səfiri də iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.