" Rusiyadakı bəzi dairələr üçün erməniləri və Ermənistanı razı salmaq prioritet məsələyə çevrilib."

14-05-2021, 00:14           
" Rusiyadakı bəzi dairələr üçün erməniləri və Ermənistanı razı salmaq prioritet məsələyə çevrilib."
"Dünən mediada yayılan məlumata əsasən Azərbaycanın Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən Rusiya sülhməramlılarının komandanlığına general-leytenant Rüstəm Muradovun əvəzinə Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini general-leytenant Aleksey Avdeyev təyin edilib. Təbii ki, bu ilk baxışdan adi bir dəyişiklik kimi qəbul edilə bilər. Ancaq hesab edirəm ki, bu məsələ sadə məsələ deyil. Bu dəyişikliyin arxasında bir neçə məsələnin olduğunu qeyd etmək mümkündür. Öncə onu qeyd edim ki, bu tip təyinatlar adətən 6 aydan bir olmur, ən azı 1-3 illik xidmətdən sonra mümkündür. Bunları Rusiyanın digər ərazilərdəki qoşunlarındakı təyinatlarla daha yaxşı başa düşmək mümkündür. Qaldı ki, rus sülhməramlılarında bu cür tələsik dəyişikliklərin səbəblərinə, burada bir neçə ehtimalın olduğunu demək mümkündür.
Birincisi, son zamanlar rus sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətindən Azərabyacan tərəfinin narazılığı və bu narazılığın açıq şəkildə Rusiya tərəfinə çatdırılması."
Teref.az xəbər veri ki, bunu politoloq Elxan Şahinoğlu deyir.
Daha sonra politoloq deyir, "İkincisi, 9 maydan bir gün əvvəl həmin Rüstəm Muradovun II Dünya Müharibəsi zamanı faşistlərə kömək etmiş erməni faşisti Nijde Qaragenin heykəlinin sökülməsi ilə bağlı tapşırıq verməsi ola bilər ki, bu da həm Kremildəki bəzi siyasi dairələrin xoşuna gəlməz və bu səbəbdə general-leytenan Rüstəm Muradovu cəzalandırmaq istəyi yarana bilər. Birinci versiyanın mümkünlüyünə şübhə olmasa da, ikincinin olma ehtimalı daha çoxdur. Görünən odur ki, Rusiyadakı bəzi dairələr üçün erməniləri və Ermənistanı razı salmaq prioritet məsələyə çevrilib. Məhz ona görə də bu addıma əl ata bilərlər. Amma biz birinci versiyanı heç bir zaman istisna edə bilmərik. Çünki son zamanlar rus sülhməramlıların fəaliyyətində bəzi səlahiyyətdən kənar hallar yaşanırdı. Hətta bununla bağlı ölkə başçısı cənab İlham Əliyev də öz çıxışlarında üsüörtülü halda münasibət bildirmişdir."
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.