Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib - SİYAHI

2-08-2021, 15:55           
Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib - SİYAHI
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

- Almaniya Federativ Respublikası;

- Avstriya Respublikası;

- Belçika Krallığı;

- Çexiya Respublikası;

- Danimarka Krallığı;

- İrlandiya Respublikası;

- İspaniya Krallığı;

- İsveç Krallığı;

- İsveçrə Konfederasiyası;

- Kanada;

- Lüksemburq Böyük Hersoqluğ

- Malta Respublikası;

- Niderland Krallığı;

- Polşa Respublikası;

- Portuqaliya Respublikası;

- Serbiya Respublikası;

- Sinqapur Respublikası;

- Sloveniya Respublikası;

- Slovakiya Respublikası;

- Yunanıstan Respublikası.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru