Artur Rasizadə ölümündən danışdı, Turan haqda şeir dedi: “Yaşlı adamam…”

11-08-2021, 16:20           
Artur Rasizadə ölümündən danışdı, Turan haqda şeir dedi: “Yaşlı adamam…”
Azərbaycanın sabiq Baş naziri Artur Rasizadənin dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda məlumatlar yayılıb. Sondan bu xəbərin yalan olduğu üzə çıxıb.

Teref.az xəbər verir ki, keçmiş baş nazir barəsində yayılan məlumata münasibət bildirib. O, hazırda bağ evində olduğunu, özünü normal hiss etdiyini söyləyib:

"Dünən axşamüstü haqqımda yayılan məlumatı oxudum. Bağda oturmuşam. Yaşlı adamam. Hər hansi işim də yoxdur. Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm. Ona görə üzüldüm ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Hər bir halda belə yanlış informasiyalara təəssüf edirəm”.

Bundan əlavə, Artur Rasizadə haqqında deyilən bir məsələyə də toxunub:

"Bəzən yazırlar ki, illərlə yığıb altına… Bu cür fikirlərə çox üzülürəm. Hüseyn Cavidin bir misrası var: Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət… Başqa nəsə demək istəmirəm”.

Qeyd edək ki, Artur Rasizadə 2003-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.

modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru