Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gələ bilər,
12-08-2021, 15:33
Paşinyan bəyan edib ki, İlham Əliyevlə görüşməyə və bir çox məsələləri müzakirə etməyə hazırdır - məncə, bu bəyanat dəyərləndirilməli, Rusiyanın, ATƏT-in iştirakı, müdaxiləsi olmadan belə bir görüş mütləq keçirilməlidir. Görüş Tiflisdə ola bilər, otursunlar kənar müdaxilələr olmadan bir neçə saat danışsınlar. Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazıb Daha sonra Natiq Cəfərli yazır ki, Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar başlamalıdır, bunun pozitiv nəticələri ola bilər. Çünki, ağlı başında olan hər kəsə aydındır ki, kənardan dialoq təklif edən hər bir güc mərkəzinin öz marağı, öz gündəmi olur və çalışlrlar ki, müzakirələr onların çərçivəsindən kənara çıxmasın, ona görə də, birbaşa təmaslar daha effektiv ola bilər. Belə danışıqlar bölgədə böyük müharibələrin, fəlakətlərin qarşısını ala, hər iki ölkəni Kremlin əlində alət olmaqdan qurtara bilər - Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gələ bilər, ayrı-ayrılıqda hamımızı "Ayı" parçalayacaq, necə ki, bunu 300 ildir bölgəmizdə uğurla edir...