“Vahabzadəni Rusiyaya təhvil verə bilərik, bir şərtlə…” – Diplomatla bağlı qalmaqal böyüyür

12-08-2021, 21:36           
“Vahabzadəni Rusiyaya təhvil verə bilərik, bir şərtlə…” –
“İsfəndiyar Vahabzadənin səsləndirdiyi ifadə ilə bağlı deputat Rasim Musabəyovun açıqlamasına rast gəldim. Təhqirləri Rasim Musabəyova qaytarmaq istəmirəm. Doğrudan da, Musabəyov Azərbaycan vətəndaşıdırsa, dövlətin qeyrətini çəkən biridirsə, uzun illər xalqımıza qarşı ağzına gələni danışan Vladimir Jirinovskiyə, Sovolyov kimi yaramaza niyə cavab verməyib, təhqir etməyib? Bu, bir daha onu göstərir ki, o, Musabəyovun və Əliheydər Qarayevin nəvəsidir, parlamentdə oturmağa haqqı yoxdur”.

“SAVAŞ”-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“İsfəndiyar Vahabzadənin rus xalqı ilə bağlı işlətdiyi ifadəni qətiyyətlə pisləyirəm. Rusiya telekanallarında Azərbaycana meydan oxuyurlar ki, Vahabzadəni bizə verin. Vahabzadənin Rusiyaya təhvil verilməsinə tərəfdar olacağam, bir şərtlə ki, uzun illər Azərbaycan xalqını təhqir edən Jirinovski, Sovolyov, Ara Abramyan bizə təhvil verilsin. Azərbaycan dövlətinə və xalqına xox gəlmək lazım deyil” – A.İsmayılov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru