Rusiyanın rəsmi mövqeyi belədir ki, qondarma qurumu, "Arsaxı" ayaqda tutsun, legitimləşdirsin.

14-08-2021, 07:09           
Rusiyanın rəsmi mövqeyi belədir ki, qondarma qurumu, "Arsaxı" ayaqda tutsun, legitimləşdirsin.
Rusiyanın rəsmi mövqeyi belədir ki, qondarma qurumu, "Arsaxı" ayaqda tutsun, legitimləşdirsin. Son açıqlamalarda, "Dağlıq Qarabağ silahlı qüvvələri", ifadəsini işlətməklə o silahlı quldurlara legitimlik qazandırmaq və tanıtmaq istəyir.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır ki, məncə, Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri birgə bəyanatla çıxış etməli, Rusiya "sülhməramlılarının" müvəqqəti nəzarətində olan ərazilərimizdə Rusiya əsgər və zabitlərindən başqa əlində silah olan hər kəsin terrorist sayılacağı, hədəf halına gələcəyi və məhv ediləcəyini rəsmi şəkildə Rusiyaya və dünyaya bildirməlidir.
Hətta, bu işdə Putindən də sitat gətirmək olar: O Şimali Qafqaz haqqında demişdi ki, Rusiya ərazisində rəsmi qurumlardan başqa əlində silah olan hər kəs terrorist kimi məhv ediləcək, hətta, "onları tualetdə oturan yerdə belə öldürəcəyik", bəyanatı vermişdi. Eyni yanaşmanı biz də rəsmən elan etməliyik - Azərbaycan ərazisində rəsmi qurumlardan və müvəqqəti yerləşən, 2025-ci ilə qədər qonaq olan Rusiya "sülhməramlılarlndan" başqa əlində silah olan hər kəs terrorist sayılacaq və hüquqi, legitim hədəf halına gələcək...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru