“Əfqanıstanda istədyimizə nail olduq” – Blinken

16-08-2021, 00:06           
“Əfqanıstanda istədyimizə nail olduq” – Blinken
“Bizim məqsədimiz terror təhlükəsini aradan qaldırmaq idi, buna da nail olduq".

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Əfqanıstandakı hadisələri şərh edərkən deyib.
Blinken əlavə edib ki, Əfqan hökumətinə məxsus qüvvələr ölkəni “talib”lərdən qoruya bilməyiblər.
ABŞ səfirliyinin əməkdaşlarının Kabulu tərk etmələrinə şərh verən Blinken bunun təhlükəsizlik naminə həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, Kabuldakı vəziyyət Sayqondakını (Vyetnam müharibəsini nəzərdə tutur – red.) xatırlatmır.


“Taliban”a bildirilib ki, əgər Amerika səfirliyinin əməkdaşlarının təxliyəsinə mane olsalar, cəld və qəti cavab veriləcək,- dövlət katibi əlavə edib.

Qeyd edək ki, Amerika səfirliyinin bütün əməkdaşları üç gün ərzində ölkədən çıxarılacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru