Bu, Tiflis, Kiyev və Kişinyov üçün ciddi siqnaldır

17-08-2021, 09:07           
Bu, Tiflis, Kiyev və Kişinyov üçün ciddi siqnaldır
ABŞ-ın Əfqanıstandan çıxması NATO-ya daxil olmayan müttəfiqləri üçün ciddi siqnaldır.

Axar.az xəbər verir ki, bu sözləri “Nəşnl İnterest” nəşrinin şərhçisi Nikolas Qvozdev deyib.

O bildirib ki, ABŞ hər nə qədər Ukrayna və Gürcüstanla bağlı “müttəfiq” kəlməsini işlətsə də, Vaşinqton üçün NATO üzvü və digərləri arasında konkret sərhəd mövcuddur:

“2012-ci ildə Əfqanıstan ABŞ-ın NATO-dan əsas müttəfiqi elan edildi. Lakin Kabil hökuməti çökdükdən sonra Əfqanıstanın ABŞ-ın bu anlamda ilk müttəfiqi olması heç kimin yadına düşmədi. Əfqanıstandakı vəziyyəti izləyən Kişinyov, Tiflis və Kiyev haqlı olaraq bir sual verə bilər: NATO üzvü olmayan partnyor dövlət statusu fayda gətirəcəkmi?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru