"Xalqı Talibana müqavimət göstərməyə çağırıram" - Əfqanıstanın birinci vitse-prezidenti

18-08-2021, 07:24           
"Xalqı Talibana müqavimət göstərməyə çağırıram" -
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh özünü müvəqqəti prezident elan edib.

Bizimxeber.az xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.

O bəyan edib ki, Əfqanıstan Konstitusiyasına əsasən, ölkədə prezidentin olmaması, qaçması və ya istefa verməsi halında avtomatik olaraq müvəqqəti prezident səlahiyyətləri ona keçir.

“Hazırda ölkəmdəyəm və qanunən Prezident səlahiyyətləri məndədir”, - o yazıb.

O, xalqını Talibana müqavimət göstərməyə çağırıb, mərhum əfqan lider Əhməd Şah Məsudun ruhuna və mirasına heç vaxt xəyanət etməyəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru