ABŞ “Taliban”ı terrorçulara dəstək verməkdə ittiham edib

18-08-2021, 07:47           
ABŞ “Taliban”ı terrorçulara dəstək verməkdə ittiham edib
Radikal "Taliban" hərəkatı cari ilin aprelindən iyunun sonuna kimi Əfqanıstan ərazisində "Əl-Qaidə" terror təşkilatının silahlılarına sığınacaq verib.

“Report” “RİA Novosti”yə istnadən xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın Müdafiə Nazirliyi çıxış edib.

"Taliban" Əfqanıstanda "Əl-Qaidə"yə sığınacaq verərək, terror qruplaşması ilə əlaqə saxlamağa davam edib", - Pentaqonun Konqresə sonuncu rübə dair hesabatında deyilir.

Daha əvvəl "Taliban" hərəkatının nümayəndəsi Süheyl Şahin bildirib ki, “taliblər” "Əl-Qaidə"yə və başqa terror qruplaşmalarına Əfqanıstanın ərazisində fəaliyyət göstərməyə imkan verməyəcəklər.

Hesabatda həmçinin qeyd edilir ki, "İŞİD-Xorasan" son aylar Əfqanıstan hökumətini gözdən salmaq məqsədilə haimiyyətin ölkənin təhlükəsizliyi təmin edə bilmədiyini nümayiş etdirmək üçün infrastruktura hücumlar həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru