“Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini gözləməyə dəyməz”

22-08-2021, 12:30           
“Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini gözləməyə dəyməz”
Azərbaycan avqustun 23-də Kiyevdə işə başlayacaq “Krım platfoması”nda iştirak etməyəcək. Kreml “Krım plaformasının” qatı əleydarı kimi orada iştirak edənlərlə natiqləri hədəf alacaq.

Buna görə də Azərbaycan rəsmiləri “Krım platformasında” iştirak etməməklə Kremli əsəbiləşdirməməyə qərar veriblər. Halbuki, Azərbaycanda Rusiyanın siyasətindən və rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyətindən razı qalan tapılmaz. “Krım platfofmasını” görməzlikdən gəldiyimizə görə rusiyalı hərbçilərin Qarabağa erməni separatçıları ilə qucaqlaşmadan əl çəkəcəklərini və Kremlin Ermənistanı silahlandırmadan vaz keçəcəyini gözləməyə dəyməz.

Avqustun 23 və 24-də Ukraynada bayraq və müstəqillik günü qeyd edilir. Heç olmazsa həmin gün axşam saatlarında Heydər Əliyev Mərkəzinin binası üzərində Qarabağ müharibəsində bizə dəstək verən Ukraynanın bayrağının videoproyeksiyası unudulmasın, “bu texniki səbəblərdən mümkün deyil” bəhanəsi gətirilməsin…

Elxan Şahinoğlu, Politoloq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru