Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını çətinliklə açıqlaya bilib

23-08-2021, 07:36           
Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını çətinliklə açıqlaya bilib
ABŞ prezidenti Co Bayden cib kağızındakı qeydə baxmadan Birləşmiş Ştatların Əfqanıstandakı itkilərinin sayını açıqlaya bilməyib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

O, Ağ Evdəki mətbuat konfransında jurnalistin ABŞ-ın itkiləri ilə bağlı sualına cavab vermək üçün o pencəyinin cibindən kiçik qeyd kağızını çıxarıb.

"Bu kağız hər gün üstümdədir - biz faktiki olaraq itirdik: 2 448 nəfər amerikalı ölüb, 20 722 nəfər yaralanıb”, - Bayden deyib.

Bu məlumatlar zamanı o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarının düzgünlüyünü əsaslandırıb.

Əfqanıstanda vəziyyət "Taliban" hərəkatı döyüşçülərinin avqustun 15-də Kabilə girmələrindən və prezident sarayını nəzarət altına almalarından sonra daha da pisləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.