Rusiya və Çin "dəhşətli ittifaq" qura bilər

23-08-2021, 08:05           
Rusiya və Çin "dəhşətli ittifaq" qura bilər
Əfqanıstan böhranı fonunda Pekinin təsiri artdıqca Rusiya və Çin dəhşətli ittifaqa meyil edirlər.

Axar.az xəbər verir ki, bu barədə "Deyli Ekspress"də məqalə dərc edilib.

Bildirilib ki, Çinin uzun müddətdir Talibanla əlaqədə olduğu üzə çıxıb. İndi isə Rusiya və Çin Amerika qoşunlarının Mərkəzi Asiyadan xaotik şəkildə çıxarılmasından istifadə edəcək.

Politoloq və regional ekspert Barbara Kelemen hesab edir ki, Rusiya eyni zamanda Orta Asiyadakı təsir zonasını qorumağa çalışır və qeyri-sabitliyin bu regiona keçməməsini təmin etmək istəyir.

Politoloqun sözlərinə görə, Rusiya və Çin artıq Talibanla dostluq əlaqələri qurub. Amerikalılar dünyanın bu hissəsində təsir gücünü itirirlər. Ümumiyyətlə, yaxın gələcəkdə baş verəcək dəyişiklikləri qiymətləndirmək təxminən altı ay çəkəcək.

"Rusiyanın Çindən daha çox, Qərbi Avropa və ABŞ ilə ortaq maraqları var. Rusiya heç vaxt onu dünya müharibəsinə sürükləyəcək hərbi ittifaqa girməyəcək", - deyə politoloq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru