BMT Talibana qarşı mövqeyini elan etdi...

24-08-2021, 00:06           
BMT Talibana qarşı mövqeyini elan etdi...
Talibana qarşı sanksiyalar humanitar vəziyyəti gərginləşdirməməlidir.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

S.Düjarrik keçirdiyi brifinqdə bəzi ölkələrin "Taliban" əleyhinə yeni sanksiyalar tətbiq etmələri ilə bağlı vəziyyəti şərh edərkən, istənilən sanksiyanın humanitar vəziyyəti ağırlaşdıra biləcəyini qeyd edib.

"Sanksiyalar Təhlükəsizlik Şurasının arsenalında çox vacib bir vasitədir - nə olursa olsun, sanksiyalar humanitar vəziyyəti gərginləşdirməməlidir. Bu, Baş katibin başlıca mövqeyidir", - Düjarrik bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru